Taliban elektrik xətlərinin dayaq qülləsini partlatdı - Kabil şəhəri işıqsız qalıb
Taliban radikal qruplaşmasının döyüşçüləri Əfqanıstanın şərqində yerləşən Pərvan vilayətinin elektrik xətlərinin dayaq qülləsini partladıb.
TASS-ın verdiyi xəbərə görə, bu barədə yerli polis məlumat yayıb.
Xəbərə görə, nəticədə ölkənin paytaxtı Kabil şəhərində elektrik enerjisi kəsilib. Paytaxtda elektrik enerjisinin bərpası üzrə təmir işləri artıq başlayıb.
Növbəti xəbər yüklənir...