“Taliban” Hilmənd vilayətinin mərkəzini ələ keçirib

13 Avqust 2021 - 10:01

“Taliban” slahlı qruplaşması Əfqanıstanın Hilmənd vilayətinin inzibati mərkəzi olan Ləşgərgah şəhərini ələ keçirib.

“RİA Novosti”nin verdiyi xəbərə görə, “Taliban” silahlıları qubernatorun ofisini, polis idarəsini və dövlət obyektlərini tutublar.

Təxminlərə görə, bir neçə hərbçi təslim olub, ölənlərin olduğu bildirilir.