Taliban hökumətinin tərkibi tezliklə elan ediləcək –

AÇIQLAMA
07 Sentyabr 2021 - 08:48

Əfqanıstanın yeni hökumətinin tərkibinin açıqlanması üçün hazırlıqlar tamamlanıb.

“RİA Novosti” xəbər verir ki, bunu “Taliban”ın nümayəndəsi Əhmədullah Muttaki “Twitter”də elan edib.

Bundan bir müddət əvvəl hərəkatın digər nümayəndəsi Zabiullah Mücahid ölkədə icra orqanları ilə bağlı qərar vermə prosesinin tamamlandığını, ancaq bəzi texniki problemlərin olduğunu bildirmişdi.

“İslam hökumətinin elan edilməsinə hazırlıqlar tamamlanıb”, – deyə Muttaki yazıb.

Onun sözlərinə görə, hökumət tezliklə elan ediləcək.