Taliban Kabilə girdi, prezident sarayına daxil oldu

15 Avqust 2021 - 20:01

Taliban radikal hərəkatının yaraqlıları Əfqanıstanın paytaxtı Kabildə prezident sarayına girib.

Bu barədə “Əl-Ərəbiyyə” telekanalı Əfqanıstan mətbuatına istinadən xəbər verir.

Eyni zamanda hərəkatının sözçüsü Zabiullah Mücahid “Tolo News” telekanalının efirində bildirib ki, Taliban Kabilə daxil olmaq üçün müraciət alıb, şəhərdəki təhlükəsizlik vəziyyətini nəzarət altında saxlayacaqlar.