“Taliban” lideri hökuməti formalaşdırmaq üçün Kabilə gəlib

21 Avqust 2021 - 12:26

“Taliban” hərəkatının siyasi qanadının lideri Molla Abdul Qəni Bəradər hökumətin formalaşdırılması istiqamətində müzakirələrin aparılması üçün Kabilə gəlib.

Bu barədə AFP “Taliban” rəhbərliyinə istinadən məlumat yayıb.

Bildirilib ki, bu gün Kabilə gələn Molla Abdul Qəni Bəradər inklüziv hökumətin yaradılması üçün müzakirələr aparacaq.

Səfərin digər detalları açıqlanmayıb.

Qeyd edək ki, “Taliban”ın inklüziv hökumətin təsis edilməsi ilə bağlı ötən həftədən etibarən müzakirələrə başladığı bildirilir.