“Taliban” Məzari-Şərif şəhərinə hucuma keçib

14 Avqust 2021 - 16:30

“Taliban” Məzari-Şərif şəhərinə hucum əməliyyatına başladıqlarını elan edib. 

Azpost.info bildirir ki, bu barədə “Assoşeyted Press” xəbər yayıb. Məzari -Şərif Əfqanıstanın Bəlx əyalətinin inzibati mərkəzidir.

Bundan əvvəl talibançılar Bağlan və Bədəxşan əyalətlərinin iki əsas şəhərini ələ keçirmişdilər. Bu şəhərlər Tacikistanla sərhəddə yerləşir.

Məzari- Şərifdə xalq müqavmət komitələri yaradılır. “Taliban” artıq ölkənin 70 faizinə nəzarət edir.