“Taliban” Məzari-Şərif şəhərini nəzarətə götürüb

15 Avqust 2021 - 00:22

“Taliban” hərəkatının döyüşçüləri Əfqanıstanın şimal-qərbindəki Bəlx əyalətinin inzibati mərkəzi olan Məzari-Şərif şəhərini nəzarətə götürüb.

Bu barədə “Al-Arabiya” telekanalı yerli hakimiyyət nümayəndəsinə istinadən məlumat yayıb.

Telekanalın məlumatına görə, hökumət qoşunları Məzari-Şərifi faktiki olaraq döyüşsüz təslim ediblər. Hökumət qüvvələri mövqelərini, silahlarını tərk edərək geri çəkiliblər. Şəhər ətrafında ara-sıra kiçik toqquşmalar davam edir.