Taliban qapıları döyüb qadınları işə çıxmağa çağırır

19 Avqust 2021 - 00:19

Əfqanıstanda hakimiyyəti silahlı yolla zəbt etmiş Taliban hərəkatının, ölkənin əyalətlərində qapı-qapı gəzib əhalini işə çıxmağa dəvət etdiyi bildirilir.

Bu barədə Reüters agentliyi avqustun 18-də yerli sakinlərə istinadla xəbər verir.

Qeyd edək ki, hərəkatın sözçüsü Zabihullah Mücahid bundan bir gün öncə paytaxt Kabildə keçirdiyi mətbuat konfransında, sülh və əminamanlıq içində yaşamaq istədiklərini, hətta qadınların belə işə çıxması və təhsil almalarına icazə veriləcəyini bəyan elədi.

38 yaşlı Vasima Reüters agentliyinə deyib ki, 3 nəfər silahlı talibançı avqustun 17-də onların qapısını döyəndə əvvəl şoka düşüb, amma talibançılar onun çalışdığı hümanitar təşkilatdakı işi və maaşı ilə maraqlanıb və ona işə çıxmağı təklif ediblər.

Həmçinin son 24 saat ərzində ölkənin digər bəlkələri-Laşgar-Gah və Məzari Şərif şəhərlərində onlarla adam Reütersə bu cür insidentlə rastlaşdıqlarını bildiriblər.

Amma onlar represiya və təqiblərdən qorxduqlarına görə adlarının çəkilməsini iistəməyiblər.

Sakinlərin sözlərinə görə, onlar paytaxt Kabildən gəliblərmiş.

Reüters yazır ki, hələlik Taliban rəsmiləri bu məlumatları şərh etməyiblər.

Agentlik yazır ki, talibançıların gəlişindən sonra, paytaxt Kabuildə hələlik əksər müəssisələr bağlıdır, şəhərin bir hissəsi isə boşdur.

Qeyd edək ki, Talibançılar 1996- 2001-ci ildə Əfqanıstanda hakimiyyətdə olduqları dövrdə qadınların işləməsi və qızların təhsil alması qadğan idi.