Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

Tamerlan Qarayev səfir postundan geri çağrılır

User 05 Mart 2024 - 10:25 (Last updated: 21 May 2025 - 20:15)
tamerlan

Azərbaycanın Litvadakı fövqəladə və səlahiyyətli səfiri Tamerlan Qarayevin diplomat karyerasına son qoyulur. Bununla bağlı qərarın yaxın günlərdə elan ediləcəyi gözlənilir. 

Azpost.info XİN-dəki mənbələrdən “Yeni Sabah”a bildirilib ki, Vilnüsdəki diplomatik korpusumuza rəhbərlik edən 72 yaşlı səfir tutduğu postdan öz arzusu ilə getməyə hazırlaşır.

O, yaşının irəlilədiyini, səhhətində bəzi problemlərin yarandığını əsas gətirərək Vətənə dönməyə qərar verib.

Məlumatlı şəxs saytımıza bildirib ki, Tamerlan Qarayevin ötən gün Prezident İlham Əliyevə təbrik məktubu ünvanlamasının da arxasında bu məqam dayanır:

“Azərbaycanın müstəqilliyi tarixində heç bir səfir Prezidentə məktub yazmayıb. Səfirlik təyinatlı postdur, bu məsələ birbaşa dövlət başçısının səlahiyyətindədir. Siyasi təcrübədə təyin edilən şəxsin ölkə başçısını publik təbrik etmək ənənəsi yoxdur. Görünür, Tamerlan Qarayev daha özünü müstəqil şəxs hesab etdiyi üçün bu addımı atıb”.

Qeyd edək ki, Tamerlan Qarayev ölkədə səfir postunu tutan ən uzunömürlü diplomat sayılır. O, mərhum prezident Heydər Əliyevin 3 sentyabr 1993-cü il tarixli Sərəncamı ilə Azərbaycanın Çin Xalq respublikasındakı  fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

O, 2001-ci ilə kimi bu vəzifədə çalışıb.

2004-2011-də Hindistanda (eyni zamanda 2006-2011-ci illərdə Azərbaycan Respublikasının Nepalda¸ Şri Lankada, Banqladeşdə, Maldiv  Respublikasında) səfir işləyib.

2011-2018-ci illərdə Azərbaycan Respublikasının İndoneziyadakı diplomatik korpusuna rəhbərlik edib. 2012-2018-də Azərbaycan Respublikasının Sinqapurda, Filippində, Timor-Leste Demokratik Respublikasındakı səfiri işləyib.

13 dekabr 2018-ci il tarixində Azərbaycanın Litvada fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

Post navigation

Previous: Dünən cinayət törətməkdə şübhəli bilinən 48 nəfər saxlanılıb
Next: Ehtiyatlı olun!

Oxşar xəbərlər

aqac
  • Sosial

Sumqayıtda ağacəkmə aksiyası keçirilib

User 23 Oktyabr 2026 - 13:17
istiler
  • Sosial

2026-cı ilin yayında Avropada 50 min insan istidən ölüb

User 23 Oktyabr 2026 - 13:00
DIN
  • Sosial

Borca görə axtarışda olan 88 nəfər saxlanılıb

User 23 Oktyabr 2026 - 10:00

xƏBƏR

aqac
  • Sosial

Sumqayıtda ağacəkmə aksiyası keçirilib

User 23 Oktyabr 2026 - 13:17
Sumqayıt şəhərinin Hacı Zeynalabdin qəsəbəsində pilot yaşıllıq zonasının yaradılması məqsədilə ağacəkmə aksiyası təşkil olunub. Ekologiya və Təbii...
Read more about Sumqayıtda ağacəkmə aksiyası keçirilib
Kitab Sərgisində Musa Yaqubun “Gül bağçası” kitabı təqdim olundu musa02
  • Mədəniyyət

Kitab Sərgisində Musa Yaqubun “Gül bağçası” kitabı təqdim olundu

User 23 Oktyabr 2026 - 13:11
2026-cı ilin yayında Avropada 50 min insan istidən ölüb istiler
  • Sosial

2026-cı ilin yayında Avropada 50 min insan istidən ölüb

User 23 Oktyabr 2026 - 13:00
Prezident İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim edib ilham ferhad
  • Baş Yazı

Prezident İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim edib

User 23 Oktyabr 2026 - 12:58
2027-ci ilin büdcəsi: Dövlət hansı sahələrə daha çox pul ayıracaq? – TƏHLİL BUDCE02
  • Baş Yazı

2027-ci ilin büdcəsi: Dövlət hansı sahələrə daha çox pul ayıracaq? – TƏHLİL

User 23 Oktyabr 2026 - 11:59
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.