Tanınmış foto -jurnalist Fərman Bağırov koronavirusdan vəfat etdi

15 İyun 2020 - 19:51

Milli Məclisin rəsmi orqanı olan “Azərbaycan” qəzetinin fotoillustrasiya şöbəsinin müdiri,tanınmış foto-jurnalist  Fərman Bağırov koronavirusdan vəfat edib.

Azpost.info bildirir ki, F.Bağırov bir neçə gün əvvəl vəziyyəti ağırlaşdığı üçün xəstəxanaya aparılmışdı. 1936-cı ildə Bakıda anadan olan Fərman Bağırov Əməkdar incəsənət xadimi,”Tərəqqi” medalı laureatı idi.