Azərbaycanda daha 367 nəfərdə koronavirus aşkarlandı-3 nəfər vəfat edib (OPERATİV QƏRARGAH)

Azərbaycan Respublikasında yeni növ koronavirus (COVID-19) infeksiyasına 367 yeni yoluxma faktı qeydə alınıb, 156 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 3 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 10324 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 5739 nəfər müalicə olunaraq sağalıb, 122 nəfər vəfat edib, 4463 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 5052, ötən müddət ərzində isə ümumilikdə 386898 test aparılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Tanınmış foto -jurnalist Fərman Bağırov koronavirusdan vəfat etdi

Sonrakı məqalə

Lənkərançayda batan şəxsin meyiti çıxarılıb –