Tanınmış həkim Vasif İsmayıl yol qəzasına düşüb

28 Mart 2021 - 12:50

Azərbaycanın tanınmış həkimi Vasif İsmayıl avtomobil qəzasına uğrayıb.

Bu barədə Vasif İsmayıl Facebook-da məlumat paylaşıb.

O hadisə ilə bağlı bunları qeyd edib:

“Kəmər taxın – həyat qurtarır!

Dünən axşam taksidə qəzaya uğradıq. Öndə oturmuşdum. Sürət 30-40 km/saat ancaq olardı. Asfalt sürüşkən. Birdən ən öndəki qırmızı Jiquli nədənsə dayandı. Ard-arda maşınlar bir-birinə girdi.

Boynumda şiddətli ağrı və üzümdən axan istilik hiss etdim. Bir göz qırpımından belə qısa çəkmişdi. Ani zərbədən başım maşının tavanına dəyibmiş. Alnım və başım yarıldı.

Kəmər taxma alışqanlığım olmasa, yəqin başımla şüşəyə dəyəcəkdim.

Bu qədər yavaş sürətdə….

Kəmər taxın – həyat qurtarır!”