Tanınmış reperin anasının üstünə ağac düşməsi faktı araşdırılır –

Baş Prokurorluq
23 Noyabr 2021 - 12:19

Tanınmış reper Pərviz İsaqovun (Promete) anasının üzərinə küləyin təsirindən ağac düşməsi və ayağının amputasiya edilməsi faktı araşdırılır.

Bu barədə APA-nın sorğusuna cavab olaraq Baş Prokurorluğun mətbuat xidmətindən bildirilib. Qeyd olunub ki, vətəndaş Pərviz İsaqovun anası Pərvanə İsaqovanın 10.11.2021-ci il tarixdə Yasamal rayonu, Mirəli Seyidov küçəsi 60 ünvanının yaxınlığında olarkən ağacın küləyin təsirindən qırılaraq üzərinə düşməsi və sonuncunun aldığı xəsarətlər nəticəsində sol ayağının amputasiya edilməsi barədə müraciət əsasında Yasamal rayon Prokurorluğunda araşdırma aparılır.