Tanınmış şair Abbas Abdulla vəfat edib –Yenilənib

Tanınmış şair, ədəbiyyatşünas, Azərbaycanın Əməkdar mədəniyyət işçisi Abbas Abdulla vəfat edib.

Azpost.info bildirir ki, bu barədə Azərbaycan Yazıçılar Birliyinin şöbə müdiri Sayman Aruz məlumat verib.

Sabah saat 13:00-da mərhumun cənazəsi dəfn üçün evindən götürüləcək.

Abbas Abdulla 1940-cı il mayın 12-də Gürcüstanın Bolnisi rayonunda anadan olub. ADU-nun filologiya fakültəsində qiyabi təhsil alıb.  “Ulduz” jurnalının baş redaktoru,”Ədəbiyyat və incəsənət” qəzeti redaksiyasında şöbə müdiri, xüsusi müxbir, baş redaktorun müavini (1979-1987) işləyib.

Milli azadlıq hərəkatında fəal iştirak etmiş, Azərbaycan Xalq Cəbhəsinin qurucularından biri və Ağsaqqallar Şurasının üzvü olmuşdur. Müsavat Partiyası bərpa komissiyasının üzvü olmuş, Ali Məclis və Divan üzvü seçilmişdir (1992).

Türkiyədə Azərbaycan Respublikasının Baş konsulu (1992-1997) olub.

**

Şair Abbas Abdulla bu gün saat 13:00-da Maştağada yerləşən Kəpənəkçi qəbiristanlığında dəfn ediləcək.

Bu barədəd APA -ya mərhumun oğlu Abdulla Acalov deyib.

Qeyd edək ki, şair Abbas Abdulla ötən gecə uzun sürən xəstəlikdən sonra yaşadığı ünvanında (İzzət Nəbiyev 2B, mənzil 25) 79 yaşında dünyasını dəyişib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

DÜYÜNƏ DÜŞƏN SAZİŞ –

Sonrakı məqalə

Misirin sabiq prezidenti Mursinin oğlu dünyasını dəyişib