Misirin sabiq prezidenti Mursinin oğlu dünyasını dəyişib

Misirin mərhum prezidenti Məhəmməd Mursinin kiçik oğlu Abdullah, atası kimi infarktdan dünyasını dəyişib.

“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə Misirin “Masravi” qəzeti mənbələrə istinadən məlumat yayıb.

Qahirədəki Əl-Vahat xəstəxanasındakı mənbənin məlumatına görə, 24 yaşlı Abdullah Mursi xəstəxanaya gətirilməmişdən ölüb.

Təhlükəsizlik orqanları hadisə barədə məlumatlandırılıb. Mursi ailəsinin vəkili Əbd əl-Manaam Əbd əl-Maksud, Misirin keçmiş prezidentinin ən kiçik oğlunun öldüyünü təsdiq edib.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Tanınmış şair Abbas Abdulla vəfat edib –

Sonrakı məqalə

Dövlət büdcəsinə neftdən gələn gəlir azalıb –