Tanınmış telejurnalist Eldəniz Vəliyev “Azəriqaz”ın mətbuat katibi təyin edilib

26 İyul 2021 - 20:09

“Azəriqaz” İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsinə yeni kadr təyinatı aparılıb.

İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi vəzifəsinə tanınmış jurnalist Eldəniz Vəliyev təyin olunub.

Qurumdan Modern.az-a təyinatı təsdiqləyiblər.

Qeyd edək ki, E.Vəliyev bu təyinatadək “Space” TV-də Xəbərlər Xidmətinin baş redaktoru vəzifəsində, daha əvvəl ANS TV, ATV-də və digər media qurumlarında işləyib.