Hulusi Akarın olduğu təyyarə quş dəstəsi ilə toqquşub

Türkiyənin müdafiə naziri Hulusi Akarın göyərtəsində olduğu təyyarə təcili eniş edib.

Buna səbəb təyyarənin quş dəstəsi ilə toqquşması olub.

Qaziantep hava limanından qalxan təyyarə bu səbəbdən Adana 10-cu Tanker Bazası Komandanlığına təcili eniş edib.

Qeyd edək ki, bu gün H.Akar Baş qərargah rəisi general Yaşar Gülər və Quru Qoşunları Komandanı general Ümit Dündarın müşayiəti ilə Türkiyə ordusunun Suriyanın şimalında yerləşən sərhəd xəttindəki mövqelərində araşdırma və nəzarət həyata keçirib. Hadisə heyət geri dönərkən baş verib.(APA)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Tanınmış telejurnalist Eldəniz Vəliyev “Azəriqaz”ın mətbuat katibi təyin edilib

Sonrakı məqalə

“Yanlış və qərəzli fikirlərin tirajlanmasında məqsəd nədir?” –