Tanınmış vəkil Müsavat başqanı postuna namizədliyini irəli sürüb-FOTO

Tanınmış vəkil Osman Kazımov Müsavat başqanı vəzifəsinə namizədliyini irəli sürüb.

Azpost.info bildirir ki, bu barədə O.Kazımov məlumat verib.

O, bununla bağlı lazımi sənədləri partiyanın qurultaya hazırlıq üzrə təşkilat komitəsinə tətqdim edib: “Müsavat Partiyasının başqanı vəzifəsinə namizədlik barədə ərizəm qeydə alındı”-deyə O.Kazımov vurğulayıb.

O.Kazımov hazırda Müsavat Partiyası başqanının müavini postunu tutur.

Xatırladaq ki, Müsavat Partiyasnın qurultayı may ayının 7-də keçiriləcək. Qurultay üçün Səttar Bəhlulzadə adına Mədəniyyət Evinin zalı ayrılıb.

 

 

Əvvəlki məqalə

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilir

Sonrakı məqalə

Azərbaycan və Qırğızıstan prezidentləri Çingiz Aytmatovun abidəsinin açılış mərasimində