Tatarıstanda 11 oktyabr Matəm Günü elan olunub

10 Oktyabr 2021 - 14:32

Təyyarə qəzası ilə bağlı Tatarıstanda 11 oktyabr Matəm Günü elan olunub.
“RİA Novosti” agentliyinin verdiyi məlumata görə, bunu bu gün Tatarıstan Prezidentinin mətbuat xidmətinin rəhbəri Liliya Qalimova bildirib.
Qeyd edək ki, bu gün Tatarıstanda paraşütçülərin olduğu təyyarənin qəzaya uğraması nəticəsində 16 nəfər ölüb, 6 nəfər yaralanıb.