“”Taxıl sazişi”nin əvvəlki şərtlərlə icrası mümkün deyil”- VOLODİN

“Təhlükəsizlik dəhlizindən terror aktları üçün istifadə edildiyi bir vaxtda “taxıl sazişi”nin bərpası mümkün deyil”.

Azpost.info xəbər verir ki, bunu Rusiya Dumasının sədri Vyaçeslav Volodin bildirib.

“Rusiya Ukrayna tərəfinə Afrika və Asiyanın ən yoxsul ölkələrinə getməli olan taxılı ixrac etmək imkanı verdi. Lakin bu ölkələrin payına cəmi üç-dörd faiz düşdü. Böyük hissəsi Avropa İttifaqının zəngin dövlətlərinə getdi”, – Duma sədri yazıb.

Volodin qeyd edib ki, Qara dəniz donanmasının gəmilərinə qarşı terror hücumları üçün təhlükəsizlik dəhlizindən istifadə yolverilməzdir və “taxıl sazişi”nin əvvəlki şərtlərlə icrası mümkün deyil.

Qeyd edək ki, Rusiya şənbə günü Qara dəniz donanmasının gəmilərinə və Sevastopol sularında mülki gəmilərə hücumdan sonra Ukrayna limanlarından məhsulların ixracında iştirakını dayandırdığını elan edib.

Azpost.info

 

Əvvəlki məqalə

Şeyxülislam İndoneziyaya səfərə gedib –

Sonrakı məqalə

İsraildə parlament seçkiləri keçirilir