İsraildə parlament seçkiləri keçirilir- 7 milyona yaxın seçici səs verə biləcək

İsraildə növbəti parlament seçkiləri keçirilir.

Azpost.info xəbər verir ki, bu gün səhərdən başlayaraq seçki məntəqələri açılıb.

Bu, 2019-cu il aprelin 9-dan bəri beşinci parlament seçkisidir. Onların nəticələrinə əsasən 25-ci çağırış Knessetin (parlamentin) tərkibi müəyyənləşəcək. Daha sonra hökumət koalisiyasının yaradılması proseduruna başlanacaq. Uğurlu olarsa, yeni hökumət və baş nazir and içəcək.

İsrail Mərkəzi Seçki Komissiyasının məlumatına görə, bu seçkilərdə 6,78 milyon seçici səs verə biləcək. Bunlar 18 yaşdan yuxarı ölkə vətəndaşlarıdır.

Ümumilikdə ölkə üzrə 12 minə yaxın seçki məntəqəsi fəaliyyət göstərəcək. Səsvermə yerli vaxtla axşam saat 22:00-da başa çatandan sonra “exit-poll”un nəticələri açıqlanacaq və bülletenlərin sayılmasına başlanacaq.

Azpost.info

Əvvəlki məqalə

“”Taxıl sazişi”nin əvvəlki şərtlərlə icrası mümkün deyil”

Sonrakı məqalə

“Yaxın Şərqdə və Afrikada suverenliyə hörmət edin!”