“Taxt-tac oyunları” serialının aktrisası vəfat edib

10 Sentyabr 2020 - 18:11

Britaniyalı aktrisa Dayana Riqq 82 yaşında dünyasını dəyişib.

“Report” BBC-yə istinadən xəbər verir ki, bu barədə məlumatı aktrisanın agenti verib.

Qeyd edək ki, D.Riqq “Qisasçılar” və “Taxt-tac oyunu” seriallarındakı rolu ilə məşhurdur. O, həmçinin bondiananın bir filmində də çəkilib.