Tayson 25 milyon dollarlıq qarşılaşmadan imtina etdi –Xolifildlə döyüş baş tutmayacaq

Peşəkar boks üzrə ağır çəkidə sabiq dünya çempionları Mayk Taysonla Evander Xolifild arasında növbəti döyüş baş tutmayacaq.

Apasport.az saytının məlumatına görə, buna Taysonun imtinası səbəb olub.

O, 25 milyon dollarlıq qonorar qarşılığında döyüşmək istəməyib. Bunu Holifildin meneceri Kris Lourens açıqlayıb.

O bildirib ki, veteranların döyüşünün təşkili reallaşmayacaq: “Düşünürdük ki, hər şey həll olunub. Amma hər şey alt-üst oldu. Taysonun nümayəndələri bütün təkliflərimizi geri çevirdi. Neçə müddətdir boşuna vaxt itirmişik”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Türk lirəsinin ucuzlaşması Azərbaycana necə təsir edəcək?

Sonrakı məqalə

Bir həftədə Azərbaycanda 3527 nəfər koronavirusa yoluxub