“Tayvan hökuməti Pelosinin səfərinə hazırlaşır”- “United Daily News”

Tayvan prezidenti Tsay İnvenin ofisi ABŞ Konqresinin Nümayəndələr Palatasının sədri Nensi Pelosinin adaya mümkün səfəri ilə bağlı hər hansı şərhdən çəkinir.

Azpost.info xəbər verir ki, bu barədə “United Daily News” nəşri yazır.

Nəşr öz mənbələrinə istinadən bildirir ki, eyni zamanda prezident administrasiyası və digər idarələr Pelosinin səfərinə hazırlaşır.

Qeyd olunur ki, Tayvan Xarici İşlər Nazirliyi amerikalı spikerin adaya mümkün gəlişi ilə bağlı risklərdən xəbərdardır və tərəflərin təxribatlardan çəkinəcəyinə ümid edir.

“China Times” isə Pelosinin Tayvana avqustun 2-də gələ biləcəyini , bir gün sonra Tayvan lideri ilə görüşəcəyini yazıb.

Azpost.info

Əvvəlki məqalə

DİN yanında İctimai Şura müvəqqəti saxlama yerlərində monitorinq keçirib

Sonrakı məqalə

“Azərbaycanfilm” kinostudiyasının yeni sayt və loqosu təqdim olunub