Çinin xarici işlər naziri Van İ ABŞ hökumətini Tayvandan olan separatçılara yalan siqnallar göndərməyi dayandırmağa çağırıb.
Azpost.info xəbər verir ki, bu barədə Çin XİN rəhbəri Bali adasında ABŞ dövlət katibi Entoni Blinkenlə görüşü zamanı bildirib.
“Biz ABŞ tərəfindən daha ehtiyatlı bəyanatlar və daha ehtiyatlı addımlar tələb edirik. Tayvanın qondarma müstəqilliyinin tərəfdarlarına hər hansı yalan siqnallar göndərməyə ehtiyac yoxdur”, – Van İ deyib.
Nazir vurğulayıb ki, Vaşinqton Çin xalqının öz ölkələrinin suverenliyini qorumaq əzminə səthi yanaşmamalıdır.
Azpost.info
