Tayvan Xarici İşlər Nazirliyi ABŞ Konqresinin Nümayəndələr Palatasının sədri Nensi Pelosinin avqustun 2-də adaya səfəri ilə bağlı məlumatı təsdiqləyib.
Azpost.info xəbər verir ki, bu barədə XİN-dəki mənbəyə istinadən “Zhongshi Xinwenwang” nəşri məlumat yayıb.
Pelosinin Tayvana yerli vaxtla saat 22:00-da çatacağı bildirilir. Tayvanın prezident sarayı və nazirliyi hələ də rəsmi şərh verməkdən çəkinir.
Eyni zamanda, amerikalı siyasətçinin səfərini Kuomintang partiyasından olan parlament üzvü Uilyam Zenq də təsdiqləyib.
Azpost.info
