Tayvan yüksək texnologiyaların Rusiyaya ixracına qadağa qoydu

Tayvanın İqtisadiyyat Nazirliyi Rusiya və Belarusa yüksək texnologiyalı malların ixracına məhdudiyyətləri genişləndirib.

Azpost.info xəbər verir ki, yenilənmiş siyahıya 52 maddə daxildir.

Məhdudlaşdırıcı tədbirlər hərbi məqsədlər üçün istifadə oluna bilən ikili təyinatlı malların və texnologiyaların ixracının qarşısının alınmasına yönəlib.

“Yenilənmiş siyahıya nüvə enerjisinə aid maddələr, kimyəvi maddələr, eləcə də maşınqayırma sahəsində istifadə olunan məhsullar daxil edilib. Qaydalar artıq qüvvədədir”, – nazirlikdən bildiriblər.

Tayvanın İqtisadiyyat Nazirliyi təchizatçıları ixrac nəzarəti qaydalarına əməl etməyə çağırıb. Həmçinin Rusiya və Belarusla əməliyyatlara başlamazdan əvvəl onlardan lazımi araşdırma aparmağı xahiş edib.

Yayda Tayvan hakimiyyəti Rusiya və Belarusa takt tezliyi 25 MHz-dən çox olan çiplərin, eləcə də bu mikrosxemlərin istehsalı üçün istifadə olunan litoqrafiya avadanlığının ixracını qadağan etmişdi.

Bundan sonra Rusiya sənaye və ticarət nazirinin müavini Vasili Şpak bildirmişdi ki, Tayvanın Moskvaya bir sıra mikroprosessorlar verməkdən imtina etməsi faciəvi deyil. Onun sözlərinə görə, Tayvanın istehsal etdiyi bir çox yüksək texnologiyalı məhsulların ixracına qeyri-rəsmi qadağa fevralın 24-dək qüvvədə olub, yeganə fərq odur ki, indi rəsmiləşib.

Azpost.info

Əvvəlki məqalə

Qazaxıstanda yanvar iğtişaşlarında hansı ölkələrin vətəndaşları iştirak edib?

Sonrakı məqalə

Bu il devalvasiya olacaqmı?