Tayvan zəlzələ ilə bağlı Çinin təklif etdiyi yardımdan imtina edib

Tayvanda baş verən güclü zəlzələ nəticəsində 700-dən çox sakin xəsarət alıb.

Azpost.info bildirir ki, bu barədə “Röyter” məlumat yayıb.

Tayvan həmçinin baş verən zəlzələ ilə əlaqədar Çinin təklif etdiyi yardımdan imtina edib.

Bu barədə TASS Tayvanın Çin işləri üzrə komitəsinə istinadən məlumat yayıb: “Komitə Çinin diqqətinə görə minnətdarlığını bildirir və qeyd edir ki, bu zəlzələ ilə bağlı yardıma ehtiyac yoxdur”.

Bundan əvvəl Çin Dövlət Şurasının Tayvan məsələləri üzrə ofisinin rəsmi nümayəndəsi Çju Fenqlian ÇXR-in adaya yardım göstərməyə hazır olduğunu açıqlamışdı. Onun sözlərinə görə, Çin vəziyyəti izləyir.

Xatırladaq ki, Tayvanda baş verən zəlzələ son 25 ildə adada ən güclü zəlzələdir. Yeraltı təkanların maqnitudası 7 bala çata bilər.

Əvvəlki məqalə

Ombudsman mina partlayışları ilə bağlı məlumat yayıb

Sonrakı məqalə

Neft Fondu mart ayında nə qədər dollar satıb?