Tbilisi 2021-ci ilin “Dünya kitab paytaxtı” elan edilib –UNESKO qərarı açıqladı

UNESKO Gürcüstan paytaxtı Tbilisini 2021-ci ilin “Dünya kitab paytaxtı” elan edib.

bu barədə UNESKO-nun baş direktoru Odre Azule məlumat verib.

Onun sözlərinə görə, bu barədə qərar dünya kitab paytaxtının məsləhətçiləri komitəsinin tövsiyəsi əsasında qəbul edilib. Komissiyanın iclası 2019-cu ilin iyununda İsveçrədə keçirilib və iclasın əsas proqram şüarı “Və növbəti kitabınız ..?” olub.

Məlumat üçün qeyd edək ki, 2019-cu ildə dünya kitab paytaxtı Birləşmiş Ərəb Əmirliklərinin Şarja şəhəri, 2020-ci ildə isə Malayziyanın paytaxtı Kuala-Lumpur elan olunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Müdafiə naziri Rusiyanın Baş hərbi prokuroru ilə görüşüb –

Sonrakı məqalə

Milli Şura Bakı Şəhər İcra Hakimiyyəti qarşısında piket keçirib