Tbilisidə etiraz aksiyası bərpa edilib- VİDEO

Tbilisidə parlament binasının qarşısında etiraz aksiyası bərpa edilib.

APA xəbər verir ki, Rustaveli prospektini bağlayan etirazçılar hakim partiya əleyhinə müxtəlif şüarlar səsləndirirlər.

Ərazidə gərginlik hökm sürür.

Qanunverici orqanın ətrafına çox sayda xüsusi təyinatlı polis dəstələri, eləcə də su şırnağı maşınları cəlb edilib.

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.