Tbilisidə hökumət əleyhinə etiraz aksiyası keçirilir –İvanaşviliyə “qrmızı kart” göstəriblər

Tbilisidə parlamentin binası qarşısında keçirilən aksiya davam edir.

Aaksiya iştirakçıları əllərində “qırmızı kartlar” tutublar. Onlar bu yolla hökumətin əleyhinə olduqlarını ifadə ediblər.

Aksiya təşkilatçıları bildiriblər ki, onlar “qırmızı kartlar”la Bidzina İvanişvilinin idarəçiliyinə son qoyulmasını tələb edirlər.

Tbilisidə parlament binasının qarşısında “Hamı bir nəfərə qarşı!” şüarı altında keçirilən aksiyaya qatılanların sayı artır. Qanunverici orqanın qarşısındakı Rustaveli prospekti bağlanıb. Aksiyaya “Ayıbdır” hərəkatının üzvləri, müxalif Vahid Milli Hərəkat və Avropalı Gürcüstan partiyalarının liderləri və tərəfdarları qatılıb. (Report)

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Lerikin qədim ziyarətgahları –

Sonrakı məqalə

Ermənistan gecə atəşkəsi 23 dəfə pozub –