Lerikin qədim ziyarətgahları –Minillik abidələrin sirli tarixi nəyi gizlədir?

Cənub bölgəsinin demək olar ki elə rayonu yoxdur ki,ora qədim mədəniyyət abidələri ilə zəngin olmasın. Belə rayonlardan biri də Lerik rayonudur.

Lerik rayonu ərazisi demək olar ki,başdan-başa abidələr boxçasıdır. Belə ki, Lerik ərazisində çoxlu sayda arxeoloji və memarlıq abidələri var və onların içərisində ziyarətgahlar xüsusi yer tutur:

Məsim ocağı(Halabin kəndi).Məsim ocağı yerli əhəmiyyətlidir və Lerik rayonunun Halabın kəndi ərazisində yerləşir. Deyilənlərə görə Sovet dövründə bütün kəndlərin ələmləri aşura günü Məsim ocağına yığışırdılar. Elə bu səbədən bu ocağın sakini XVII  əsrdən mövcuddur. Deyilənlərə görə Məsum ağır seyid olmuş və yenidən irana dönmüş və təxminən Fəxrəbadın kəndlərindən birində dəfn olunub.

Mir Siyab ocağı(Rəzgöv kəndi).  Mir Siyab ağa türbəsi yerli  əhəmiyyətlidir və Lerik rayonunun Rəzgöv kəndi ərazisində yerləşir. Bundan əlavə Jak de Morqan Bəhri Siyab türbəsi  haqda  məlumat vermişdir. “Bəhri Siyab” türbəsi Rəzgöv kəndinin ərazisində  yerləşir.Türbə Bəhri Siyab adında bir din xadiminin  adı ilə bağlıdır. Bəhri Siyab türbəsinin ərazisində orta əsrlərə aid qəbiristanlıq da vardır.Bu qəbiristanlıqda 2 daş qoç heykəl  yerləşir. Bu  daş qoç heykəllərə əsasən Bəhri Siyab türbəsinin XVI-XVII əsrlərə aid etmək olar.

Nokoman türbəsi(Zövnə kəndi).Nokoman türbəsi yerli əhəmiyyətli ziyarətgahdır və Lerik rayonunun Zövnə kəndi ərazisində yerləşir.Türbənin tarixi orta əsrlərə təsadüf edir. Bu türbə camaatın inam yeridir və  deyilənlərə görə Babagilin  qardaşı burada dəfn edilib.Tanınmış ziyarətgahdır.

Pir-e Xalisə(Hücü kəndi).Pir-e Xalisə yerli əhəmiyyətli tikilidir və Lerik rayonunun Tikəband ərazi vahidliyinə daxil olan Hücü kəndi ərazisindəki  qədim qəbiristanlıq ərazisində yerləşir. Hücü kəndi ərazisində məscid olmadığından yerli sakinlər qədim zamanlardan bu ocağa ibadət etmək üçün gəlirlər. Pirin yaranma tarixi haqda fikirlər müxtəlifdir. Bəziləri  bu piri IX əsrə aid edir, bəziləri isə VII əsrə aid edir. Beləki,kənd sakini İslam Şabanovun dediklərinə görə bu prin tikilmə tarixi VII əsrə aiddir. Əvvəllər baxımsızlıq ucubatından yararsız hala düşən pir 2009-2011-ci illər ərzində kəndin xeyriyyəçi adamlarının şəxsi vəsaiti hesabına təmir edilmişdir.

Pirağa ocağı(Piəkujə kəndi). Pirağa ocağı yerli əhəmiyyətli ziyarətgahdır və Lerik rayonunun Andurma kəndi ilə Rvarud arasında olan Piəkujə kəndi ərazisində yerləşir. Zimir Cahangir ağanın qardaşıdır və Mir Şükürulla ağanın oğludur. O,vaxti ilə Həzovi kəndindən Piəkujəyə köçüb. Onun nəslindən olan Mir Tofiq ağanın dediklərinə görə onun uzun müddət uşağı olmadığından Yardımlının Sırıq kəndindən bir vəfat etmiş seyidin dul arvadını öz uşağı ilə birlikdə alır və uşağıda öz uşağı kimi qəbul edir. O,dul qadın onun evinə gələn kimi ağanın birinci arvadı hamilə qalıb uşaq doğur.Onun nəslindən olanlar hal-hazırda Lənkəranın Mamusta kəndində yaşayırlar. Mir Şükürulla ağa da iranın Fəxrabad məntəqəsindən vaxtı ilə köçüb buraya gəlmişdir.

İmam türbəsi(Barzavu kəndi). İmam türbəsi yerli əhəmiyyətli memarlıq abidəsidir və Lerik rayonunun Barzavu kəndi ərazisində yerləşir. Abidənin invertar nömrəsi 4776,sitem kodu isə AJA004578-dir.

Ker türbəsi(Mistan kəndi).Ker türbəsi yerli əhəmiyyətlidir və Lerik rayonunun Mistan kəndinin  yaylağı ərazisində yerləşir. Bu  ocağın ərazisində bir qəbir var və kənd sakinlərinin dediklərinə görə burada yatan şəxs Bobogilin qardaşı Seyid Abaasdır. Türbənin tarixini XV-XVI əsrlərə aid edirlər.Türbə sovet dövründə təkcə qəbir daşı olmuş və  sonralar yerli sakinlər tərəfindən 3×4 metr həcmində mişar daşlarından türbə  binası inşa etmişlər. Daha sonralar isə bu türbə ziyarətçilərin axınına məruz qalmışdır. Ker türbəsinin ərazisi əvvəllər kənd olmuş lakin sonralar  bu kəndin  əhalisi Lənkəran rayonunun indiki Göyşaban kəndi ərazisinə köçüb bu kəndi bina etmişlər.

Pir Yusif türbəsi(Kekoni kəndi). Pir Yusif türbəsi  yerli əhəmiyyətli memarlıq abidəsidir və Lerik rayonunun   Kekoni kəndi ərazisində yerləşir. Abidənin invertar nömrəsi 4777, sistem kodun isə AJA004579-dur.

Soltan Heydər türbəsi(Mistan nümayəndəliyinin Diqov kəndi). Soltan Heydər türbəsi yerli əhəmiyyətlidir. Deyilənlərə  görə burada Şeyx Səfiəddinin nəvəsi və şah İsmayılın atası Şeyx Heydər dəfn olunub. Elə bu səbəbdən də bu qəbir şiələrin ziyarət məkanına çevrilib.

Şeyx Səla  türbəsi(Qışlaq kəndi). Şeyx Səla türbəsi yerli əhəmiyyətli memarlıq abidəsidir və Lerik rayonunun Qişlaq kəndi ərazisində yerləşir. Abidənin invertar nömrəsi 4781,sistem kodu isə AJA4583-dür.

Şıx Cənnət türbəsi(Ker kəndi).Şıx Cənnət türbəsi yerli əhəmiyyətli memarlıq abidəsidir və Lerik rayonunun Ker kəndinə yerləşir. Abidənin invertar nömrəsi 4774,sistem kodu isə AJA004576-dır.

Türbə(Nodə kəndi).Bu türbə  ölkə əhəmiyyətli arxeoloji  abidədir və  türbə Lerik rayonunun  Nodə kəndi ərazisində yerləşir.Abidənin invertar nömrəsi 1473,sistem kodu isə AJA001495-dir.

Türbə(Çayrud kəndi).Yerli əhəmiyyətli memarlıq abidəsidir və Lerik rayonunun Çayrud kəndi ərazisində yerləşir. Abidənin invertar nömrəsi 4787,sistem kodu isə AJA004589-dur.

Türbə(Qəqoy kəndi). Bu  türbəsi yerli əhəmiyyətli memarlıq abidəsidir və Lerik rayonunun  Qəqoy kəndi ərazisində yerləşir. Abidənin invertar nömrəsi 4790,sistem kodu isə AJA004592-dir.

Vəliəddin ocağı(Mistan kəndi).Vəliəddin ocağı yerli əhəmiyyətlidir və  Lerik rayonunun Mistan – Perzarə kəndləri yaxınlığında yerləşir.Bu ocağın sahibi ağır seyid olmuş və öz dövrünün tanınmış şəxsiyyətlərindən olub.Vəliəddin ocağı zaman-zaman insanların pənah yeri və

Zəcəğaj türbəsi(Xəlifə -Perzara arası).Zəcəğaj türbəsi yerli əhəmiyyətlidir və Lerik rayonunun Perzarə və Xəlifəkənd kəndləri arasında yerləşir. Bu ocağın tarixi haqda dəqiq məlumat yoxdur və ocaq ərazisində dörd naməlum qəbir var ki,onlarında üzərində heç bir yazı yoxdur. Deyilənlərə  bu ocağı nəsildən-nəsilə yaşatmışlar, lakin sovet dövründə bütün dini yerlər kimi bu ocaq da qadağan edilib bağlanıb. Uzun müddət istifadəsiz qaldığından yararsız hala düşüb dağılıb.

Aqşin Mistanlı

Tədqiqatçı-tarixçi

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

İlham Əliyev:

Sonrakı məqalə

Tbilisidə hökumət əleyhinə etiraz aksiyası keçirilir –