“Tehran İranın nüvə proqramı ilə bağlı danışıqlarda güzəştə getmək fikrində deyil”.
Azpost.info xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasser Kanani bildirib.
“İran təzyiq və təhdid altında güzəştə getmək və danışıqlara başlamaq niyyətində deyil”, – Kanani deyib.
İran XİN qeyd edib ki, Qərb ölkələri də İranın nüvə proqramı üzrə Birgə Hərtərəfli Fəaliyyət Planının bərpası üzrə danışıqlarda maraqlıdır, ona görə də Tehran yalnız güclü mövqedən danışmağa hazırdır.
Azpost.info
