Tehranda Ermənistan-İran siyasi məsləhətləşmələri keçirilib

Ermənistan və İran Xarici İşlər Nazirlikləri səviyyəsində Tehranda məsləhətləşmələr keçirilib.

Bu barədə İran Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian Ermənistan xarici işlər nazirinin müavini Vaan Kostanyanın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Qeyd olunub ki, rəsmi Tehran suverenlik prinsiplərinə və beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığına hörmətlə yanaşılması, eləcə də regionda sülhün əldə edilməsi ilə bağlı mövqeyini bir daha təsdiqləyir. (APA)

Əvvəlki məqalə

Blinken və Hakan Fidandan mühüm BƏYANAT –

Sonrakı məqalə

Xəzərdə zəlzələ olub