Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Dünya

Tehranda Suriya məsələsi üzrə zirvə toplantısı başa çatıb

User 20 İyul 2022 - 08:11 (Last updated: 21 May 2025 - 20:15)
erdqoan reisi putin

İyulun 19-u Tehranda keçirilən Astana sammitində İran, Rusiya və Türkiyə prezidentləri Suriyadakı mövcud vəziyyəti müzakirə ediblər.

Sammitdə dövlət başçıları beynəlxalq və regional hadisələri nəzərdən keçirib, Suriya böhranının sülh yolu ilə həllində Astana prosesinin aparıcı rolununu vurğulayıblar. Sammitdə 3 ölkə prezidenti terrorizmin bütün forma və təzahürlərinə qarşı mübarizədə əməkdaşlığı davam etdirmək əzmində olduqlarını bildirdilər.

İran, Rusiya və Türkiyə prezidentləri Suriyanın suverenliyini və ərazi bütövlüyünü zəiflətməyə yönəlmiş separatçılara qarşı mübarizədə əzmkar olacaqlarını vurğuladılar. Onlar Suriyanın şimalındakı vəziyyəti dəyərləndirərək qeyd ediblər ki, regionda təhlükəsizlik və sabitliyə nail olmaq ancaq Suriyanın suverenliyi və ərazi bütövlüyü ilə mümkündür.

Dövlət başçıları bütün terrorçu qruplaşmaları məhv etmək üçün mövcud əməkdaşlığı davam etdirmək əzmində olduqlarını bir daha vurğuladılar. Həmçinin beynəlxalq humanitar hüquqa uyğun olaraq mülki əhalinin və mülki infrastrukturun qorunmasını tələb etdilər.

Sammitin sonunda yayımlanan bəyanda qeyd olunur ki, 3 ölkə humanitar vəziyyətin normallaşması üçün daha çox səy göstərməyə razılaşıb. İran, Rusiya və Türkiyə prezidentləri Suriyadakı humanitar şəraitdən və beynəlxalq hüquqa, beynəlxalq humanitar hüquqa və Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinə zidd olan bütün birtərəfli sanksiyalardan dərin narahatlığını ifadə etdi, ayrıseçkilik tədbirlərini qəbuledilməz adlandırdılar. Sammitdə Suriya münaqişəsinin hərbi həllinin olmadığı, yalnız BMT Təhlükəsizlik Şurasının 2254 saylı qətnaməsinə uyğun olaraq BMT-nin yardımı ilə siyasi yolla həll edilə biləcəyi qeyd olunub.

Astana prosesində müvafiq işçi qrupu çərçivəsində dustaqların/girovların qarşılıqlı azad edilməsi əməliyyatını davam etdirmək, qaçqın və məcburi köçkünləri geri qayıtmaq və onlara dəstək olmağın zərurəti vurğulanıb.

3 ölkənin prezidentləri sammitdə həmçinin Suriya məsələsi ilə yanaşı, birgə siyasi və iqtisadi əməkdaşlığı artırmaq üçün müxtəlif sahələrdə üçtərəfli koordinasiyanı gücləndirmək əzmində olduqlarını açıqladılar.(APA)

Post navigation

Previous: Səlim Müslümovun cinayət işi məhkəməyə göndərilib
Next: Rusiya müasir döyüş texnikası qıtlığından əziyyət çəkir –

Oxşar xəbərlər

CREATOR: gd-jpeg v1.0 (using IJG JPEG v80), quality = 65
  • Dünya

Kim Çen In Çinə elan olunmamış səfər edib

User 24 Oktyabr 2026 - 10:58
zelenski
  • Dünya

Zelenski müharibəni tez bitirməyə hazır olduğunu bildirib

User 24 Oktyabr 2026 - 10:00
putin pezeskian
  • Dünya

İran prezidenti gələn həftə Rusiyaya gedəcək – Putinlə hansı məsələləri müzakirə edəcək?

User 23 Oktyabr 2026 - 23:20

xƏBƏR

Dava
  • Sosial

Bakıda qətl törətməkdə şübhəli bilinən şəxslər saxlanıldı – “Sabunçu Emin” və MMA döyüşçüsü

User 24 Oktyabr 2026 - 20:06
Bakıda ölümlə nəticələnən kütləvi dava ilə bağlı yeni detallar məlum olub. “Qafqazinfo” xəbər verir ki, qətli törədənlərin...
Read more about Bakıda qətl törətməkdə şübhəli bilinən şəxslər saxlanıldı – “Sabunçu Emin” və MMA döyüşçüsü
İlham Əliyev FIFA U-15 dünya çempionatının açılış mərasimini izləyir ilham aliyev forum
  • İdman

İlham Əliyev FIFA U-15 dünya çempionatının açılış mərasimini izləyir

User 24 Oktyabr 2026 - 19:48
Aydan Yerə baxsaydıq, nə görərdik? – Kosmosdan görünən heyrətamiz mənzər ay yer
  • Maraqlı

Aydan Yerə baxsaydıq, nə görərdik? – Kosmosdan görünən heyrətamiz mənzər

User 24 Oktyabr 2026 - 18:50
Azərbaycanın İƏT-ə üzvlüyünün pərdəarxası – 1991-ci ildə Dakarda nə baş verdi? dakar esas foto
  • Din

Azərbaycanın İƏT-ə üzvlüyünün pərdəarxası – 1991-ci ildə Dakarda nə baş verdi?

User 24 Oktyabr 2026 - 18:23
Payızda ağacların yarpaqları niyə saralır? – Elmi səbəb payız
  • Maraqlı

Payızda ağacların yarpaqları niyə saralır? – Elmi səbəb

User 24 Oktyabr 2026 - 18:15
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.