Temperatur enəcək, hava küləkli və yağıntılı olacaq- Sinoptiklərdən xəbərdarlıq

Sinoptiklər ölkə ərazisində hava şəraitinin dəyişəcəyi ilə əlaqədar xəbərdarlıq ediblər.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında dekabrın 4-dən 5-i axşamadək cənub-qərb küləyinin əsəcəyi, güclü şimal-qərb küləyi ilə əvəzlənəcəyi, temperaturun 3-5° enəcəyi proqnozlaşdırılır.

Respublikanın rayonlarında isə dekabrın 4-ü axşamdan 6-dək hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış, dağlıq və dağətəyi rayonlarda qar yağacağı bildirilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu dekabrın 5-də 3-5° enəcək.

Sinoptiklərin tibbi-meteoroloji proqnozuna görə, dekabrın 4-də Abşeron yarımadasında arabir güclənən cənub-qərb küləyinin axşam şimal-qərb küləyi ilə əvəz olunacağı gözlənir ki, bu da bəzi meteohəssas insanlarda narahatlıq yarada bilər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Müsavat qərargahında müxalifətin Dəyirmi Masası başlanıb –

Sonrakı məqalə

Nazirlər Kabinetində yeni təyinat –