Ter-Petrosyan Paşinyanı “çaqqal”, erməni xalqını “xəstə” adlandırdı:

“"Erməni ağlı” sağalmaz xəstəlikdir”
16 Noyabr 2020 - 02:00

Ermənistanın sabiq prezidenti Levon Ter –Petrosyan Ermənistanda son durumla bağlı bəyanat verib.

Azpost.info bildirir ki, sabiq prezident erməni xalqının problemlərini tarixi arzularından doğduğunu vurğulayıb.

“Erməni ağlı” barədə deyilən fikirdən böyük yalan yoxdur. Əks təqdirdə erməni xalqı 1915-ci il faciəsindən sonra yeni faciələr yaşamazdı.Təəssüf ki, son vəba və ona olan reaksiyalar göstərir ki, biz “erməni ağlı” barədə mifdən qurtulmayaraq xəstəliyə mübtəla olmuşuq”.

Ter-Petrosyan bildirib ki, bunun üçün Ermənistanda və diasporda səslənən çıxışıları izləmək kifayətdir: “Nikol tərəfdarları, onun oppenetləri hətta bu boyda vəbadan sonra özlərinin antierməni, antsemit böhtanlarından əl çəkmirlər.Bununla da növbəti dəfə subut edirlər ki, “erməni ağlı” barədə deyilənlər təkcə yanlışlıq deyil, sağalmaz xəstəlikdir”.

Sabiq prezident deyib ki, bizim nəsil yetkin millətlərin “geri qalmış təfəkkürü” ilə bağlı bir sıra nümunələrin şahidi olub: “Mən bu barədə hələ 2007-ci ildə öz çıxışlarımda demişəm. Onu yenidən səsləndirmək istərdim: Bir çox xalqlar və dövlətlər müxtəlif səbəblərdən və şəraitlər üzündən milli fəlakətlə üzləşiblər. Almaniya və Yaponiya tam darmadağın olundular. Osmanlı, Böyük Britaniya, Rusiya özünü qüdrətli imperiyalarını itirdilər.  Hər biri özünün faciəsini unikal sayır.

Amma ümummilli fəlakət yaşamış bütün xalqlar və dövlətlər bu faciəni yarımçıqlıq və məzlumluq faktoruna deyil, möhkəmlənmək faktoruna çevirdilər. Onlar təkcə yaralarını sağaltmadılar, özlərində tarixi kompleksdən yaxa qurtmağa güc tapdılar. Və intibah dövrü yaşayaraq dünyanın ən parlaq və inkişaf etmiş ölkələrinə çevrildilər.

Bizə daim dərdli görünərək şikayətlənmək, dünyadan mərhəmət xahiş etmək əvəzinə, bu xalqlardan nümunə götürməyə nə mane olur?

Nə qədər ki, qurban psixologiyasından, keçmişin kompleksindən əl çəkə bilməmişik, nə qədər ki, gələcəyə baxa bilmirik, biz müasir və parlaq millət ola bilməyəcəyik. Bu psixologyanı üstələmək üçün yeganə vasitə çaqqalar əlində olan Ermənistanı müasir ölkəyə çevirməkdir”-deyə Ter-Petrosyan bildirib.