Terminalogiya Komissiyası uşaqlara rus adı qoymağı qadağan edib –Tatyana, Pavel, Pyotr niyə  “qara siyahı”ya düşüb?

Nazirlər Kabineti yanında Terminologiya Komissiyası Azərbaycanda doğulan uşaqlara rus adları qoyulmasını qadağan edib.

Azpost.info bildirir ki, bu qəribə açıqlamanı Komissiyanın sədr müavini Sayalı Sadıqova oxu.az-a müsahibəsində bildirib.

“Siz uşaqlarınızın adını Pyotr yaxud Pavel adlandıra bilərsiniz? Bunlar rus adlarıdır və azərbaycanlılar uşaqlarına bu adları qoya bilməzlər. Bizim alimlər adlarla bağlı bütöv sistem hazırlayıblar. Məqsədimiz dilmizi yad təsirdən qorumaqdır. Həmçinin Tatyana adını qoymaq da qadağan olunub. Biz rus adlarını Azərbaycana gətirə bilmərik”- deyə S. Sadıqova vurğulayıb.

Onun sözlərinə görə, azərbaycanlılardan başqa digər millətlər öz uşaqlarına istədikləri adı qoya bilərlər. “Biz dilin ədəbi normaları qaydaları əsasında hərəkət edirik”.

Bununla yanaşı o qeyd edib ki, ölkədə Avropa adlarına qadağa qoyulmayıb.

S.Sadıqovanın bu sözləri rusdilli azərbaycanlıalr arasında birmənalı qarşılanmayıb.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Dörd min əcnəbi vətəndaş Azərbaycandan çıxarılıb –

Sonrakı məqalə

Azərbaycan Rusiyaya NOTA verdi