“Terminator-2” filmində oynayan aktrisa vəfat edib

31 Avqust 2020 - 11:17

63 yaşlı Amerika aktrisası Lesli Hemilton vəfat edib.

“RİA Novosti”nin verdiyi xəbərə görə, L. Hamilton avqustun 22-də vəfat etsə də, qohumları onun ölümünü bu gün elan ediblər.

Aktrisanın ölüm səbəbi açıqlanmır.

Qeyd edək ki, L. Hamilton “Terminator – 2: Qiyamət günü”  filmindəki rolu ilə tanınır.