Terror qrupu Suriyada kimyəvi silahdan hücum hazırlayır –

Rusiyanın komandan müavini
20 Mart 2021 - 08:29

“Suriyanın İdlib əyalətinin şimal-şərqində “Hayat Tahrir aş-Şam” terror qruplaşması zəhərli maddələrdən istifadə etməklə təxribatlar hazırlayır”.

Bunu Rusiyanın Suriyadakı Döyüşən Tərəflərin Barışıq Mərkəzinin komandan müavini kontr-admiral Aleksandr Karpov bildirib.

Onun sözlərinə görə, terrorçular Suriya hökumət qüvvələrini mülki insanlara qarşı kimyəvi silahdan istifadə etməkdə günahlandırmaq üçün Kitian kəndi ərazisində kimyəvi hücum təşkil etməyi planlaşdırırlar.