Terrorçular Türkiyədə DİN-in binası yaxınlığında partlayış törədib

Türkiyə Daxili İşlər Nazirliyi Mühafizə Baş İdarəsinə terror hücumu olub.

Bu barədə Türkiyə daxili işlər naziri Ali Yerlikaya bildirib.

O qeyd edib ki, yerli vaxtla saat 09.30 radələrində bina girişinə avtomobillə gələn iki terrorçu bombalı hücum həyata keçirib.

Terrorçulardan biri özünü partladıb, digər terrorçu isə zərərsizləşdirilib.

Açılan atəş nəticəsində 2 polis yüngül xəsarət alıb

Əvvəlki məqalə

Bu gündən taksi fəaliyyəti üçün yeni rüsumlar tətbiq olunur

Sonrakı məqalə

Araik Arutyunyan axtarışa verilib –