Rusiya prezidenti Vladimir Putin Britaniya baş naziri Boris Consonun “Putin qadın olsaydı, bu müharibə başlamayacaqdı” açıqlamasına münasibət bildirib.
Azpost.info xəbər verir ki, Putin Britaniya baş nazirinin fikri ilə razılaşmadığını deyib:
“İndi mən “əgər”, “belə olsaydı” deməyəcəyəm, sadəcə, yaxın tarixdə Marqaret Tetçer Folklend adaları üçün Argentinaya qarşı hərbi əməliyyatlara başlamaq qərarını xatırladacağam. Burada qadın hərbi əməliyyatlara başlamaq qərarına gəlib. Folklend adaları hara, Britaniya hara? Bunu imperiya ambisiyaları, imperiya statusunun təsdiqindən başqa bir şey diktə etmir. Ona görə də Britaniya baş nazirinin dedikləri bu gün baş verənlərlə bağlı düzgün istinad deyil”.
Azpost.info
