“Yaxınları inkar edə bilərlər, ancaq xalq artisti Teymur Mustafayev koronavirusdan vəfat edib”.
Bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında TƏBİB-in infeksion xəstəliklər üzrə işçi qrupunun rəhbəri Vasif Əliyev bildirib.
V. Əliyev deyib ki, bu dəfnlərdə az sayda insanlar iştirak etməlidir: “Əgər yaxınları insanlara yanlış məlumat verirsə, dəfn adi qaydada aparılırsa, bu barədə müvafiq qurumlar araşdırma aparacaq və müvafiq ölçülər götürüləcək”.