“Teymur Rəcəbovun Qran-pridə oynaya bilməyəcəyinə çox təəssüflənirəm”- FİDE prezidenti

FİDE-nin prezidenti Arkadi Dvorkoviç azərbaycanlı şahmatçı Teymur Rəcəbovun Qran-prinin IV mərhələsində oynamayacağına münasibət bildirib.

Apasport.az saytının məlumatına görə, rusiyalı rəhbər qrossmeysterimizin İsrailin Yerusəlim şəhərində keçiriləcək yarışda iştirak etməyəcəyinə çox üzülüb.

O, “tvitter” səhifəsində məyusluğu ilə yanaşı, Dünya Kubokunun sahibini anlayışla qarşıladığını da qeyd edib: “Teymur Rəcəbovun Qran-pridə oynaya bilməyəcəyinə çox təəssüflənirəm. Amma bizim üçün idmançıların sağlamlığı hər şeydən önəmlidir”.

Qeyd edək ki, Rəcəbov səhhətində yaranan problemlə bağlı FİDE-yə müraciət ünvanlayıb və beynəlxalq qurum dekabrın 11-23-də baş tutacaq turnirdə həmyerlimizin göstərdiyi səbəbləri əsaslı sayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Türkiyədə məktəblərdə dərslər dayandırılıb

Sonrakı məqalə

Azərbaycanda “Facebook” istifadəçilərinin fəallığı artıb