Azərbaycanda “Facebook” istifadəçilərinin fəallığı artıb- STATİSTİKA

Bu ilin noyabr ayında Azərbaycanda “Facebook” istifadəçilərinin fəallığı sentyabr ayı ilə müqayisədə 9,3 faiz bəndi artıb.

“APA-Economics”in “Global Stats” statistika mərkəzinə istinadən verdiyi məlumata görə, dekabrın 1-nə “Facebook”un Azərbaycanın sosial media bazarında payı 52,6% təşkil edib ki, bu da ötən ilin müvafiq göstəricisindən 1,1 faiz bəndi çoxdur.

Populyarlığına görə “Facebook” ölkənin sosial media bazarında birinci yeri tutur.

Sosial şəbəkələr arasında populyarlığına görə ikinci yerdə “Twitter” qərarlaşıb ki, onun istifadəçilərinin ölkə üzrə fəallığı noyabr ayı ərzində 4 faiz bəndi azalıb. Bu sosial şəbəkənin Azərbaycan bazarında payı bu ilin dekabrın 1-nə 11,7% təşkil edib ki, bu da ötən ilin analoji göstəricisindən təqribən 4,6 faiz bəndi çoxdur.

Bu ilin noyabr ayı ərzində ölkə üzrə “Pinterest” şəbəkəsinin istifadəçilərinin fəallığı 3,8 faiz bəndi azalıb. Dekabrın 1-nə olan məlumata görə, “Pinterest” Azərbaycan sosial media bazarında 10,7% bazar payı ilə 3-cü yerdə qərarlaşıb ki, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 3,4 faiz bəndi çoxdur.

Digər sosial şəbəkələrin pay bölgüsü belədir: “Instagram” – 10,1%, “YouTube” – 6,4%, “Google+” – 5,6%, “VKontakte” – 1,35% və s.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Teymur Rəcəbovun Qran-pridə oynaya bilməyəcəyinə çox təəssüflənirəm”

Sonrakı məqalə

Türkiyə və Rusiya prezidentləri görüşəcək