Rusiya Baş naziri Mixail Mişustin qlobal iqtisadiyyatdakı çətinlikləri Qərbin hərəkətləri ilə əlaqələndirib və birlik ölkələrini qarşılıqlı ticarət hesablaşmalarında dollardan imtina etməyə çağırıb.
Azpost.info xəbər verir ki, o, bu fikirlərini Astanada keçirilən MDB Hökumət Başçıları Şurasının iclası zamanı səsləndirib.
Baş nazirin fikrincə, MDB üzvü olan ölkələr öz imkanlarının inkişafına diqqəti artırmalı, texnoloji müstəqilliyi gücləndirməlidirlər: “Bunun üçün tez bir zamanda dollardan imtina etmək və qarşılıqlı ticarətdə milli valyutalara keçmək lazımdır. Son ayların hadisələri göstərdi ki, vurğu bizim imkanlarımıza və əlbəttə ki, bir-birimizlə işgüzar əlaqələrin davam etdirilməsinə və genişləndirilməsinə, texnoloji müstəqilliyin və maliyyə suverenliyinin möhkəmləndirilməsinə yönəldilməlidir”.
Mişustin onu da bildirib ki, qlobal iqtisadiyyatdakı çətinliklər Qərbin Rusiya və Belarusa qarşı proteksionizm və legitim olmayan birtərəfli sanksiyalardan istifadə etmək istəyi ilə bağlıdır.
Azpost.info
