“İrəvan tezliklə Bakının sülh sazişinə dair növbəti təklifləri ilə bağlı cavabını təqdim edəcək”.
Azpost.info xəbər verir ki, bu barədə Ermənistan Baş naziri Nikol Paşinyan hökumətin iclasında bildirib.
Paşinyan deyib ki, Ermənistan bu yaxınlarda Azərbaycandan sülh sazişi ilə bağlı yeni təkliflər alıb.
“Yaxın vaxtlarda müzakirə edib qənaətimizi təqdim edəcəyik. Biz sülh gündəminə sadiqik və ondan kənara çıxmayacağıq”, – Paşinyan qeyd edib.
Azpost.info