“Tezliklə bütün dünya Şimali Koreya raketlərinin gücünə əmin olacaq”- Kim Çen Inın bacısı "meydan oxudu"

“Tezliklə bütün dünya Şimali Koreya raketlərinin etibarlılığına və gücünə əmin olacaq”.

Azpost.info xəbər verir ki, bunu Şimali Koreya lideri Kim Çen Inın bacısı Kim Ye Conq deyib.

“Marionet qanqsterlər və onların zavallı mütəxəssisləri bizim qitələrarası ballistik raketlərimizin sınaqdan keçmədiyi iddialarının nə qədər lazımsız olduğunu görəcəklər. Dünya boş yerə başqalarının silahlarının etibarlılığından narahatdır. Biz bunu tezliklə edəcəyik və siz görəcəksiniz”, – Kim Ye Conq deyib.

Azpost.info

Əvvəlki məqalə

BMT Təhlükəsizlik Şurası Laçın yolundakı vəziyyəti müzakirə edəcək

Sonrakı məqalə

Təcili tibbi yardım avtomobilləri Laçın yolundan maneəsiz keçib