Azərbaycan Tibb Universitetində (ATU) pediatriya ixtisasının alt sahələri üzrə də kadr hazırlığına başlanılacaq. Bu barədə Trend-ə universitetdən məlumat verilib. Bildirilib ki, Azərbaycanda ilk dəfə olaraq, ATU-da uşaq kardioloqu, uşaq cərrahlığı, uşaq nevroloqu ixtisasları kadr hazırlığının aparılacağı ixtisasların siyahısına əlavə ediləcək. Həmin ixtisaslar üzrə kadr hazırlığına 2020-2021-ci tədris ilindən başlanılacaq.