Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

Tibbi sığorta hansı xəstəxanalarda keçərlidir? –

User 04 May 2023 - 18:18 (Last updated: 21 May 2025 - 20:15)
hekim

TƏBİB-dən Səhiyyə Nazirliyinə keçən xəstəxanalarda icbari tibbi sığorta fəaliyyət göstərir.

Bu barədə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən məlumat verilib.

Qeyd edilib ki, vətəndaşlar ambulator tibbi xidmətlə bağlı icbari tibbi sığortanın Xidmətlər Zərfinə daxil olan tibbi xidmətlərdən yararlanmaq üçün birbaşa olaraq həmin tibb müəssisələrinə müraciət edə bilərlər.

“Buraya ixtisaslı həkimin müayinəsi, müvafiq laborator və instrumental müayinələr, radioloji xidmətlər və s. daxildir. Nəzərinizə çatdıraq ki, müvafiq laborator və instrumental müayinələr, radioloji xidmətlər ixtisaslı həkimin müayinəsi nəticəsində tibbi göstərişə əsasən aparılır.

Stasionar tibbi xidmətlərdən yararlanmaq üçün isə göndəriş vərəqəsi ilə sözügedən tibb müəssisələrinə yaxınlaşmaq mümkündür”, – deyə əlavə edilib.

Xatırladaq ki, 2023-cü il yanvar ayının 1-dən etibarən

Milli Hematologiya və Transfuziologiya Mərkəzi və bölmələri,

K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutu,

Akademik C.M.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutu,

V.Y.Axundov adına Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutu,

Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutu,

Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutu,

Azərbaycan Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu,

Azərbaycan Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutu,

Akademik M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzi Səhiyyə Nazirliyinin tabeliyinə verilib.

Qeyd edək ki, 2021-ci ilin sonu ilə müqayisədə 2022-ci ildə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin müqavilə bağladığı müqaviləli tibb müəssisələrinin sayı 20-dən 111-ə yüksəlib. Hazırda isə müqaviləli tibb müəssisələrinin sayı 122-dir. Linkdən daxil olub həmin xəstəxanaların siyahısı ilə tanış ola bilərsiniz.

 

 

Post navigation

Previous: “Laçın” sərhəd NBM-dən erməni sakinləri artıq şəffaf şəkildə hər iki istiqamətdə keçməyə başlayıb”
Next: “Ukrayna NATO-dan aydın siqnal gözləyir”

Oxşar xəbərlər

Tibbi Yardım
  • Sosial

Qaxda 7 nəfər qidadan zəhərlənib, 5-i Bakıya təxliyə edilib

User 31 Oktyabr 2026 - 21:55
hava proqnozu haqqında
  • Sosial

Noyabrın 1-nə olan hava proqnozu

User 31 Oktyabr 2026 - 13:03
xalca sexi
  • Sosial

Azərbaycanda xalça istehsalı 61 dəfədən çox artıb

User 31 Oktyabr 2026 - 12:16

xƏBƏR

abs iran danisiq
  • Dünya

ABŞ İranla birbaşa danışıqlara başlayır? – Dohada ilkin razılaşma əldə olundu

User 31 Oktyabr 2026 - 22:39
ABŞ nümayəndə heyəti İranla birbaşa danışıqlara qoşula bilər. Qətərin “Al-Araby Al-Jadeed” qəzeti Qətər və Pakistanın vasitəçilik səyləri...
Read more about ABŞ İranla birbaşa danışıqlara başlayır? – Dohada ilkin razılaşma əldə olundu
Qaxda 7 nəfər qidadan zəhərlənib, 5-i Bakıya təxliyə edilib Tibbi Yardım
  • Sosial

Qaxda 7 nəfər qidadan zəhərlənib, 5-i Bakıya təxliyə edilib

User 31 Oktyabr 2026 - 21:55
ABŞ İranla bağlı çoxsaylı məsləhətləşmələr aparır – Dövlət katibi rubio
  • Dünya

ABŞ İranla bağlı çoxsaylı məsləhətləşmələr aparır – Dövlət katibi

User 31 Oktyabr 2026 - 21:27
İrana qarşı yeni müharibə planı – Türkiyə və Səudiyyə Ərəbistanı Trampdan nə istəyir? abs iran savas
  • Dünya

İrana qarşı yeni müharibə planı – Türkiyə və Səudiyyə Ərəbistanı Trampdan nə istəyir?

User 31 Oktyabr 2026 - 18:54
Rusiya ilə Ukrayna arasında sülh sazişi G20 sammitində imzalana bilər – Tramp Tramp
  • Dünya

Rusiya ilə Ukrayna arasında sülh sazişi G20 sammitində imzalana bilər – Tramp

User 31 Oktyabr 2026 - 18:34
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.